SKANDAL: Vəkilin evində dinləmə cihazı tapılıbbackend

SKANDAL: Vəkilin evində dinləmə cihazı tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin evində və avtomobilində dinləmə cihazları tapılıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı Şalva Xaçapuridze mediaya məlumat verib.

O eyni zamanda bildirib ki, dinləmə cihazları ilə yanaşı onun evində və ofisinə baxan üzbəüz binada müşahidə kameraları quraşdırılıb.

Onun sözlərinə görə, əvvəlcə dinləmə qurğusu təsadüfi kresloda tapılıb, sonra isə cihazların pəncərənin yanında və avtomobildə quraşdırıldığı məlum olub.

Vəkil Daxili İşlər Nazirliyindən bununla bağlı istintaqa başlanılmasını xahiş edir.