Slovakiyanın müdafiə naziri Yaroslav Nad Ukraynaya göndəriləcək Sovet istehsalı olan 13 “Miq-29” tipli döyüş təyyarəsindən ilk 4-nün təhvil verildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Slovakiyanın müdafiə naziri Yaroslav Nad Twitter hesabından verdiyi açıqlamada ilk 4 ədəd Miq-29-un Ukraynaya çatdırıldığı barədə məlumat paylaşıb.
Ukraynanın ehtiyacı olduğu müddətdə Slovakiyanın yardım göndərməyə davam edəcəyini qeyd edən Nad, ərazisi Rusiya tərəfindən hücuma məruz qalan Ukraynanın dəstəyə layiq olduğunu bildirib.
2022-ci ilin sentyabrında istifadədən çıxardığı 13 Sovet istehsalı olan “Miq-29” təyyarəsini Ukraynaya bağışlamaq fikrinə yaşıl işıq yandıran Slovakiya martın 17-də bu döyüş təyyarələrini Kiyev rəhbərliyinə təhvil vermək qərarına gəlib. .