Uğursuz konsertin təşkilatçıları Ermənistana ödənilən qonorarı qaytarmayacaq, əksinə, yeni şou üçün istifadə edəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistanın Nazirlər Kabinetində bu gün keçirilən müzakirələrə əsasən, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə “Doping Space” şirkəti arasında aparılan danışıqlar nəticəsində bir konsertin digəri ilə “əvəz edilməsi” qərara alınıb.
Konsertin 2023-cü ildə keçirilməsi üçün hökumət şirkətə 2,3 milyard dramdan bir qədər çox (təxminən 58 min dollar) ayırıb.
Səlahiyyətlilərin sözlərinə görə, yeni konsert üçün əlavə məbləğ ayrılmayacaq.
Xuraman Etibarlı
İnterpress.az