ŞOK HADİSƏ: Cütlük müavinət almaq üçün ananı həyətdə gizlicə BASDIRDIbackend

ŞOK HADİSƏ: Cütlük müavinət almaq üçün ananı həyətdə gizlicə BASDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə cütlük dövlət müavinətlərini almağa davam etmək üçün mərhum ananı həyətlərində gizlincə basdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İsrail polisi bildirib ki, ər-arvad dövlət tərəfindən verilən müavinətləri almağa davam etmək məqsədilə onlardan birinin vəfat etmiş anasının cəsədini evlərinin həyətində gizlincə dəfn edib.

Məlumata görə, araşdırma zamanı qadının 2024-cü ilin aprel ayında dünyasını dəyişdiyi müəyyən edilib.

Mərhumun Holokost faciəsindən sağ çıxanlardan biri olduğu qeyd olunub.

Xuraman Etibarlı

İnterpress.az