Somalinin Hiran bölgəsində törədilən terror aktında ölənlərin sayı 35-ə yüksəlib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Hiran polisinin sözçüsü Abdiaziz Əhməd bildirib.
O, ötən gün paytaxt Moqadişudan təxminən 300 kilometr şimalda yerləşən Mahas şəhərində bombalı hücumlar olduğunu xatırladıb.
O, həyatını itirənlərin sayının 35-ə yüksəldiyini, ölənlər arasında əsgərlərin də olduğunu bildirib.
Məlumata görə, həyatını itirənlərdən 9-u eyni ailədəndir.
Hadisə zamanı 72 nəfərin isə yaralandığı bildirilib.
Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.