Somali ordusu “Əş-Şəbab” terror təşkilatının hərbi bazaya hücumunu dəf edib və 30 silahlını zərərsizləşdirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, silahlılar Qalqadud bölgəsindəki Masaqava şəhərindəki hərbi bazaya hücum ediblər.
Yerli qüvvələrin dəstəyi ilə Somali ordusu hücumu dəf edərək, azı 30 terrorçunu məhv edib.
Qarşıdurma zamanı 3 Somali əsgəri yaralanıb.
Ötən il Somali ordusunun Əl-Şəbab qruplaşmasına qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində azad edilən Masaqava qəsəbəsində Eritreyada təlim keçmiş əsgərlər yerləşdirilib.
Təşkilat keçən həftə Afrika İttifaqı sülhməramlılarına da hücum edib.