Spikerin köməkçilərinin sayı azaldıbackend

Spikerin köməkçilərinin sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Milli Məclis sədri Sahibə Qafarovanın köməkçilərinin sayı 4-dən 3-ə endirilib.

Bu barədə Milli Məclisin saytı xəbər verir.

Spiker Sahibə Qafarovanın əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, F.Hacıyev 2020-ci ilin iyul ayının əvvəllərində S.Qafarovaya köməkçi təyin olunmuşdu.

O, bu yaxınlarda parlamentin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

F.Hacıyev bu vəzifədə İlqar Fərzəliyevi əvəzləyib.

 

 

İnterpress.az