Stoltenberq: Finlandiya sabah NATO-ya üzv olacaqbackend

Stoltenberq: Finlandiya sabah NATO-ya üzv olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın sabah 31-ci üzv elan ediləcəyini və bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Stoltenberq 4-5 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl – yəni, bu gün mətbuat konfransı keçirib.

İclasın ilk günündə Finlandiyanın 31-ci üzv elan ediləcəyini və bayrağının NATO-nun mənzil-qərargahına qaldırılacağını bildirən Stoltenberq bunun sözügedən ölkəni daha təhlükəsiz və Alyansı daha da gücləndirəcəyini vurğulayıb.

Stoltenberq İsveçin üzvlük prosesini mümkün qədər tez başa çatdırmasını arzuladığını təkrarlayıb.

2022-ci ilin iyununda keçirilən Madrid Zirvə toplantısından dərhal sonra NATO ölkələrinin əksəriyyəti iki ölkənin üzvlüyünün təsdiqi prosesinə başlayıb. NATO-nun 20 ölkəsi iyulda, 4-ü avqustda, 4-ü isə sentyabrda öz parlamentlərində ratifikasiya prosesini başa çatdırıb.

Nəhayət, martın 27-də Macarıstan parlamenti Finlandiyanın üzvlüyünü təsdiqlədi. Türkiyə Böyük Millət Məclisində də təsdiq martın 30-da alınıb. Beləliklə, Finlandiyanın NATO-ya üzvlük prosesi bir ildən az müddətdə tamamlandı və bu, onu Alyansın 74 illik tarixində ən sürətlə inkişaf edən üzvlük proseslərindən birinə çevirdi.