Sudanda ordu ilə polis arasında atəşkəs razılaşması qəbul olunub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudanda ordu ilə polis arasında silahlı toqquşmalar baş verib.
Sudan Səhiyyə Nazirliyi ordu ilə polis arasında aprelin 15-də başlayan qarşıdurmalarda 512 nəfərin öldüyünü, 4193 nəfərin yaralandığını bildirib.