Sudanın mədən nazirinin evinə raket düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sudan əsgərləri ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurma zamanı Sudanın Mədən Naziri Məhəmməd Bəşirin iki ailə üzvü evinə atılan raketlər nəticəsində həlak olub.
Nazirlik mənbələrindən alınan məlumata görə, paytaxt Xartumun Bəhri rayonunda Sudanın Mədən naziri Məhəmməd Bəşirin evinə 2 raket düşüb.
Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb.
Bəşir sağ-salamat xilas olub.
Paytaxtda baş verən qarşıdurmalar zamanı dünən Mədən Nazirliyinin binası da hədəfə alınıb.