Sudanda toqquşmalarda bir Amerika vətəndaşı ölübbackend

Sudanda toqquşmalarda bir Amerika vətəndaşı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu ilə Çevik Polis Qüvvələri arasında baş verən qarşıdurmada bir Amerika vətəndaşı həlak olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə nəticəsində azı 300 nəfər ölüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kirbi Sudandakı qarşıdurmada bir Amerika vətəndaşının həlak olması xəbərini təsdiqləsə də, məsələ ilə bağlı əlavə məlumat paylaşmayıb.

Həyatını itirən Amerika vətəndaşının ailələrinə başsağlığı verən Kirbi ABŞ Dövlət Departamentinin ailə ilə əlaqə saxladığını bildirib.