Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıbbackend

Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı Sudandakı qarşıdurmada 459 nəfərin öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci-nin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

Görüşdə Sudanda davam edən silahlı münaqişələrlə bağlı son vəziyyət müzakirə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan nümayəndəsi Nima Said Abed aprelin 15-dən Sudanda davam edən qarşıdurmalarda ümumilikdə 459 nəfərin həyatını itirdiyini, 4072 nəfərin isə yaralandığını açıqlayıb.