Sudandakı qarşıdurmalarda 411 mülki vətəndaş həyatını itiribbackend

Sudandakı qarşıdurmalarda 411 mülki vətəndaş həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda aprelin 15-dən bəri ordu ilə polis arasında baş verən qarşıdurmalarda 411 mülki vətəndaşın öldüyünü bildirib.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Müxtəlif bölgələrdə qarşıdurmaların davam etdiyi, indiyədək 2023 mülki vətəndaşın yaralandığı, 411 mülki vətəndaşın isə həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Sudanda münaqişə 15-ci gününə qədəm qoyub.

Paytaxtda Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında toqquşmalar şiddətləndiyi halda, paytaxtın cənubunda müxtəlif məhəllələrdə atəşkəs pozulur.

Sudanda tərəflər aprelin 28-dən etibarən ABŞ-ın 72 saatlıq yeni atəşkəs çağırışına əməl edəcəklərini açıqlayıblar.