Sülh razılaşması Amerika ilə yox, Ukrayna ilə bağlanmalıdır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bilik” marafonunda jurnalistlərə bildirib. O deyib ki, sülh razılaşması Amerika ilə yox, Ukrayna ilə bağlanmalıdır, lakin Moskva vasitəçi kimi ABŞ-yə “həqiqətən də çılğın səylərə görə” minnətdardır.
“Putin siyasi və diplomatik həll üsullarına açıq olaraq qalır” – o vurğulayıb.
Peskov həmçinin qeyd edib ki, münaqişə zamanı “məlumat və təbliğat qulağımıza daxil olanda” medianın işi xüsusilə vacibdir.
Xuraman Etibarlı
İnterpress.az