“Sülhməramlılar öz fəaliyyətlərindən başqa hər şeylə məşğuldur” – AÇIQLAMAbackend

“Sülhməramlılar öz fəaliyyətlərindən başqa hər şeylə məşğuldur” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlıları, sülhün təmin olunması istiqamətində fəaliyyətdən başqa hər şeylə məşğuldur”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən növbəti dəfə qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi faktları bizə belə düşünməyə əsas yaradan başlıca amildir”, – o bildirib.

İctimai fəal söyləyib ki, Azərbaycanın bu mövzuda mövqeyi olduqca açıqdır:

“Qarabağdaki erməni terrorçularına Ermənistan tərəfinin qeyri-qanuni şəkildə silah-sursat təmini, Azərbaycanın Ermənistanla sülh quruculuğu səylərinə ciddi ziyan vurur. Rusiya tərəfinin də, bu kimi qeyri-qanuni hərəkətlərə imkan yaratması, sanki “əmanətlərin” vaxtında və təhlükəsiz şəkildə çatdırılması missiyasını yerinə yetirməsi bizim ərazi bütövlüyümüzə və prinsiplərimizə hörmətsizlik elementləri daşıyır”.

N.Çıraqzadə vurğulayıb ki, Rusiya tərəfi unutmamalıdır ki, Azərbaycan dövləti, öz suveren ərazilərində birmənalı hökm sahibidir: “Rusiya sülhməramlı kontingentinin erməni tərəfinin bölgədə qanunsuz daşımalarını müşayiət etməsi bizim rus hərbçilərini ərazilərimizindən vaxtından əvvəl çıxarmağımızla nəticələnə bilər”.