Şuşa divarlarında tale yazıları – FOTObackend

Şuşa divarlarında tale yazıları – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərf səhvləri edən bu cavanlar – əsgərlər nə boyda tarixi səhvi düzəldiblər. Əslində, ən böyük redaktor onlardırlar. Deməli, qeyrət, iradə savada baxmır. Adi sözləri düzgün yazmayan oğlanlar necə taktiki döyüşləri idarə edib Şuşanı geri qaytarıblar.

Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşının Şuşadan reportajını təqdim edirik.

Ötən ay Şuşada Vaqif Poeziya Günlərində iştirak etdiyim zaman asudə vaxtı fövtə verməyərək o müqəddəs şəhərin küçələrini asta-asta, beynimi min bir fikrə yuva edərək dolaşırdım. Şuşada ermənilərin “məharət”ləri, “özünüifadə qabiliyyətləri” nəticəsində dağıdılmış evləri, yurd yerlərini görəndə Seyid Əzim Şirvaninin bu peşmanlıq dolu misraları yadıma düşürdü:

Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,
Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş.

Biz ermənilərə zamanında könül mülkümüzdə yer versək də, onlar öz əzəli xislətlərindən, – gədalıqlarından əl çəkmədilər. Nəticəsi də göz qabağındadır. Dağıdılan evlərə, viran qoyulan bağlara, uçurulan hasarla baxanda fikirləşirsən ki, aradan ötən 28 il ərzində ermənilər bircə saniyə belə dayanmayıblar, “döyüşüblər”  – bu sahibsiz hesab etdikləri şəhərin hər daşından, hər otundan qisas alıblar. Şuşanı dağıtmadıqları anlarda içlərinə çəkdikləri nəfəsi “hədər sayıblar”.