Syerra-Leonedə yanacaq daşıyan yük maşını qəzaya düşdü: Yüzdən çox insan həlak oldubackend

Syerra-Leonedə yanacaq daşıyan yük maşını qəzaya düşdü: Yüzdən çox insan həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Syerra-Leonedə yanacaq daşıyan sisternin yük maşını ilə toqquşması nəticəsində partlayış baş verib.

100-dən çox adamın həlak olduğu təxmin edilir.

“Vellinqtonda Bay Bureh yolunda (yaşayış sahəsi – red.) yanacaq daşıyan yük maşınının başqa bir yük maşını ilə toqquşması nəticəsində baş verən partlayış xəbəri məni kədərləndirdi… 100-dən çox insanın öldüyü barədə xəbərlər yayılıb. Dəyən maddi ziyanın miqdarı naməlumdur”, – deyə paytaxt Fritaunun meri İvon Aki-Savier “Facebook” səhifəsində yazıb.