Tacikistan prezidenti Rəhmon Düşənbədə İranın xarici işlər naziri Əraqçini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfər çərçivəsində nazirin Tacikistanın bir sıra yüksək vəzifəli şəxsləri ilə də görüşü nəzərdə tutulub.
Görüşdə ikitərəfli əməkdaşlığın prioritet məsələlərinin, həmçinin regional və beynəlxalq gündəliyin müzakirəsi planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az