Tahir İmanov: “250 minlik “Bentley”, yoxsa 8 manata gilas?”backend

Tahir İmanov: “250 minlik “Bentley”, yoxsa 8 manata gilas?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının “İmkan edib, təzə meyvələrdən ala bilmədim” açıqlamasına ironik yanaşıb.

İnterpress.az-ın məlumatına görə, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: “Bentley” alırsan? Neçəyədir? 250 min? Yaxşı, al” desə də, bir digər zəngdə isə “başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər”, – deyərək lağa qoyub.