Taliban qadın işçilərə qadağa qoyubbackend

Taliban qadın işçilərə qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci il avqustun 15-də Talibanın Əfqanıstan administrasiyasına gəlməsi ilə qadınların işləməsinə və qızların təhsilinə ciddi məhdudiyyətlər qoyulub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2022-ci ilin dekabrında qızların orta və ali məktəblərdə, daha sonra isə ali məktəblərdə təhsil almasına mane olub. Həmçinin dekabr ayında əfqan qadınlarının yerli və xarici qeyri-hökumət təşkilatlarında işləməsi də dayandırılıb.

Bundan əlavə, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) Əfqanıstanın Nanqarhar əyalətində BMT-nin əfqan qadın işçilərinin işə getməsinin qarşısının alındığını bildirib: “Biz səlahiyyətlilərə xatırlatmaq istərdik ki, BMT qadın işçilər olmadan fəaliyyət göstərə bilməz və həyat təmin edə bilməz”.

Tələbə qızların təhsilinin dayandırılması qərarından sonra Taliban 24 dekabr 2022-ci il tarixindən növbəti xəbərdarlığa qədər qeyri-hökumət təşkilatlarında (QHT) qadın işçilərin işə götürülməsini dayandırıb. Qeyd olunub ki, qadın kadrların işə xitam verməyən QHT-lərin lisenziyaları ləğv ediləcək.

Bunun üzərinə ölkədə Save The Children, Norveç Qaçqınlar Şurası və CARE kimi bəzi beynəlxalq xeyriyyə təşkilatları fəaliyyətini dayandırıb. Talibanın qərarına Avropa Birliyi, BMT, ABŞ və bir çox ölkə reaksiya verib.