Tanınmış rusiyalı aktyor xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, rusiyalı aktyor Boris Şerbakov omba sınığı diaqnozu ilə Moskva xəstəxanasına yerləşdirilib.
Hadisə dünən günorta baş verib. 75 yaşlı sənətçi yıxılaraq ayağını ciddi zədələyib.
İlkin olaraq bud nahiyəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya aparılan aktyora orada sınıq diaqnozu qoyulub.
Xuraman Etibarlı
İnterpress.az