Tanınmış bəstəkar azyaşlıya təcavüz cəhdinə görə HƏBS OLUNDUbackend

Tanınmış bəstəkar azyaşlıya təcavüz cəhdinə görə HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

68 yaşlı rusiyalı bəstəkar azyaşlıya qarşı əxlaqsızlıqda ittiham olunaraq 13 sutka həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva məhkəməsi 68 yaşlı bəstəkar Aleksey Şmitovu inzibati qaydada 13 sutka müddətinə həbs edib.

İttihama görə, o, ictimai yerdə azyaşlının cinsiyyət orqanına “əlinin arxa tərəfi ilə dəfələrlə toxunub”.

Rusiya Bəstəkarlar İttifaqının rəsmi saytında Şmitovun ölkənin ən parlaq orqan məktəbi nümayəndələrindən biri olduğu qeyd edilir.

Hadisə geniş rezonans doğurub və bəstəkarın gələcək fəaliyyətinə dair suallar yaradıb.

Xuraman Etibarlı

İnterpress.az