Rusiyanın tanınmış təbliğatçısı ekstremistlər siyahısına salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyalı hüquqşünas və publisist Tatyana Montyan Rosfinmonitorinq tərəfindən ekstremist və terrorçular siyahısına daxil edilib. Bu, onun barəsində Rusiyada cinayət işi açıldığını göstərir.
Montyan 2021-ci ildə Ukraynadan Rusiyaya köçmüş, federal kanallarda çıxış etmiş və RT üçün yazılar dərc etdirmişdi. İndiyədək Rusiya hüquq-mühafizə orqanları ona qarşı iddia irəli sürməmişdi.
Ukraynada isə SBU jurnalist barəsində dövlətin ərazi bütövlüyünə qəsd də daxil olmaqla dörd maddə üzrə istintaq aparır.
Xuraman Etibarlı
İnterpress.az






