Tanınmış rəssam Əlibəy Məhərov vəfat edib.
İnterpress.az xəbər verir ki, o, 70 yaşında yaşadığı Bakı şəhərində qəfildən dünyasını dəyişib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Ə.Məhərov 1953-cü ildə Neftçala rayonunun Seyidlər kəndində anadan olub.