Tayvan: Adanın ətrafında 26 Çin təyyarəsi və 7 gəmi aşkar edilibbackend

Tayvan: Adanın ətrafında 26 Çin təyyarəsi və 7 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ordusunun ötən həftənin sonunda Tayvan ətrafında başladığı hərbi təlimdən sonrakı günlərdə ada ətrafında hərbi fəaliyyət davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 26 hərbi təyyarə və 7 döyüş gəmisi aşkar edilib.

Nazirliyin açıqlamasına görə, 26 təyyarədən 14-ü tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçib.