Tayvan Müdafiə Nazirliyi Çin ordusunun adanın ətrafında təşkil etdiyi hərbi manevrin üçüncü günündə dünən səhərdən bu gün səhərə qədər adanın ətrafında Çinə aid 91 hərbi təyyarə və 12 döyüş gəmisinin aşkarlandığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında 91 təyyarədən 54-nün tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçərək Tayvanın “Hava” elan etdiyi ərazi üzərində uçduğu açıqlanıb.