TƏBİB: Qəbələdə yol qəzasında 15 nəfər xəsarət alıbbackend

TƏBİB: Qəbələdə yol qəzasında 15 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.