Təbrizdə qızlar məktəbində 20 şagird zəhərlənibbackend

Təbrizdə qızlar məktəbində 20 şagird zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın şimal-qərbində Təbrizdə qızlar məktəbində 20 şagird zəhərlənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri məsələ ilə bağlı mətbuata məlumat verib:

“Təbrizin Bağmişeh rayonunda bir məktəbdə oxuyan 15 yaşlı 20 şagird tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə Sina Xəstəxanasına aparılıb”.

İran rəsmisi bildirib ki, tələbələrin ümumi vəziyyəti yaxşıdır.

Qeyd edək ki, daha əvvək də İranda məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.

2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.

Ölkədə 3 ayda 5 mindən çox tələbə zəhərlənib.

Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zincan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan məktəblərində 100-dən çox insanın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb.