TƏCLİ: Abşeronun sabiq icra başçısı ailəsi ilə birgə Almaniyaya qaçarkən hava limanında SAXLANDIbackend

TƏCLİ: Abşeronun sabiq icra başçısı ailəsi ilə birgə Almaniyaya qaçarkən hava limanında SAXLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə  Prezident tərəfindən vəzifəsindən azad edilən  Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə bağlı ilginc məlumat yayılıb.

Sabiq xanım icra başçısı həyat yoldaşı ilə təcili Almaniyaya uçarkən hüquq – mühafizə orqanları tərəfindən saxlanılıb.

Belə ki, daxil olan məlumatdan bəlli olub ki, İradə Gülməmmədova dunən həyat yoldaşı və övladları ilə birgə Almaniyaya gedərkən,  hava limanında saxlanılıb.

Məlumat üçün qeyd edək ki,  bir müddət öncə İradə Gülməmmədova icazəsiz olaraq ölkəni tərk edərək  Almaniya gedib.İradə xanımın İşdən çıxarılmasının səbəblərindən biri də bu olduğu bildirilir.

GUNinfo.az bildirir ki, xanım icra başçısının təcili ölkədən getməsi,  Almaniyada yeni almış malikanəsinə birdəfəlik köçməsi ilə bağlı iddiaların olmasıdır. Gələn xəbərlərə görə ailəsi ilə Almaniyaya qaçan İradə xanım özü ilə külli-miqdarda xarici valyutanı da ölkədən çıxartmağa cəhd etməsi, yayılan xəbərlər arasında yer alıb. Bu barədə rəsmi məlumatlar olmasa da yayılan iddialara hələ də heç bir münasibət bildirilməyib. “Gündəlik Bakı”