Tehran Azərbaycana qarşı İrəvanda hərəkətə keçibbackend

Tehran Azərbaycana qarşı İrəvanda hərəkətə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran şirkətləri Ermənistanda kimya məhsulları və yazı alətləri istehsalına başlayacaq.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan “Sputnik Ermənistan”a müsahibəsində deyib: “İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb”.

O əlavə edib ki, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək. Görünən odur ki, İran Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən “nəfəslik” açmağa çalışır.

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, yeni geosiyasi şəraitdə Ermənistanda bir boşluq yaranıb:

“Həmçinin, bu günlərdə Ermənistanda anti-Rusiya ovqatı getdikcə güclənməkdədir. Belə olduğu təqdirdə bu boşluğu İran doldurmağa çalışır. Yəni onlar Ermənistana yeni investisiyalar qoymaqla müəyyən mənada öz iqtisadiyyatını dirçəltmək istəyir. İran hər zaman Ermənistanda yaranan boşluqları dolduqmaq istəyib, amma Rusiya buna imkan verməyib. Lakin rəsmi Tehran mövcud vəziyyətdən istifadə etmək üçün hərəkətə keçib. İranın Ermənistana münasibəti həmişə ikili olub. Bu, təkcə İranın geosiyasi və iqtisadi maraqlarına uyğun olmasıyla bağlı məsələ deyil. İran maraqlıdır ki, Türkiyə və Azərbaycan arasında süni maneə yaradacaq ölkə olsun. İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının əsas səbəbi bu idi. Çünki onlar narahat idilər ki, Zəngəzur dəhlizi açıldığı təqdirdə İran-Ermənistan sərhədi bağlanacaq. Bu isə İranın Ermənistanla birbaşa əlaqəsinin aradan qaldırılması mənasına gəlir. Rəsmi Tehran isə heç bir şəkildə bunu qəbul etmək istəmir”.

Politoloq bildirib ki, İran Azərbaycana dost deyil:

“İranı heç bir zaman Azərbaycan üçün dost dövlət saymamışam. Çünki İran azərbaycanlı qardaşlarının könlünü qazanmaq əvəzinə iki Qarabağ müharibəsində də torpaqlarımızı işğal edən Ermənistanı dəstəklədi. Buna görə də İranın Ermənistandakı istənilən fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən qıcıqla qarşılanır”.