“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnibbackend

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı ertələnib.

Bu barədə “Teknofest”in tviter səhifəsində bildiriş paylaşılıb.

“16-19 mart tarixlərində keçirməyi planlaşdırdığımız “Teknofest İzmir” ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin gətirdiyi ortaq acıları səbəbi ilə irəli tarixə ertələnib”, – bildirişdə qeyd olunub.

Texnologiya şənliyinin baş tutacağı dəqiq tarix açıqlanmayıb.