Texasda 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulubbackend

Texasda 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-də ABŞ-ın Texas ştatında bir evdə 9 yaşlı uşağın da olduğu 5 nəfərin öldürüldüyü hadisənin şübhəlisi yaxalanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

San Jacinto County Şerifi Greg Capers mətbuat konfransında şübhəli Fransisko Oropesanın Montqomeri bölgəsindəki bir qohumunun evində ələ keçirildiyini açıqlayıb.

Capers, 38 yaşlı Oropesanın “şkafda çamaşırların altında gizlənərkən insidentsiz tutulduğunu” söyləyib.

San Jacinto əyalətinin baş prokuroru Todd Dillon da Oropesanın eyni evdə olan sevgilisi Divimara Nava və hadisədən sonra ona tutulmamaqda köməklik edən bir dostunun “yardım və yataqlıq” səbəbiylə saxlanıldığı məlumatını paylaşıb.

Dillon, Oropesanın FTB-yə verilən ihbarla tutulduğunu, hücumda istifadə edilən silahın da ələ keçirildiyini və ballistik müayinənin aparılacağını bildirib.

Həbs edildikdən sonra ilk dəfə hakim qarşısına çıxarılan Oropesa 5 ayrı cinayətdə ittiham olunub.

CNN-ə açıqlama verən bir səlahiyyətli, Oropesanın ölüm cəzası ittihamı ilə mühakimə oluna biləcəyini qiymətləndirib.

Qeyd edək ki, aprelin 28-nə keçən gecə Texas ştatının Klivlend şəhərində evdə baş verən yanğında 5 nəfər həlak olub.

Polis ifadəsində, Oropesanın bağçada AR-15 tüfəngi ilə hədəfə atma məşqi etdiyi və yeni doğulan körpənin yata bilmədiyini bildirən qonşunun ondan atəşi dayandırmasını istəməsindən sonra aralarında mübahisə yarandığı bildirilib. Açıqlamada Oropesanın qonşu evə basqın etdiyi bildirilib.

Daha əvvəl 4 dəfə deportasiya edildiyi ortaya çıxan Meksika əsilli Oropesanın evdəki 10 nəfərdən 5 ailə üzvünü qətlə yetirdiyi qeyd edilib.