“Tezliklə Qərbi Zəngəzur da Azərbaycan ərazisinə qatılacaq” – Politoloqbackend

“Tezliklə Qərbi Zəngəzur da Azərbaycan ərazisinə qatılacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tamamilə gündəlikdən çıxarılacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanımış etmiş olacaq. Bu o deməkdir ki, “Artsax” məsələsi birdəfəlik bağlanıb. Bundan sonra ancaq Zəngəzuru qorumaq barədə düşünməliyik”.

Bu sözləri erməni politoloq Qalust Qriqoryan öz açıqlamasında deyib. Onun bu sözləri erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

Doğrudanmı Ermənistan Qarabağla bağlı iddialarından əl çəkib və Qarabağın itirilməsi ilə barışıb?

Yenisabah.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib ki, Qalust Qriqoryanın dedikləri hay xalqının Qarabağdan tam vaz keçməsi mənası vermir:

“Real olaraq Qarabağ haqqında bu gün düşünərkən, Zəngəzurun itirilməsi ilə qarşı-qarşıya olduqlarını bilirlər. Bu gün Azərbaycan diplomatiyasının postmüharibə dövründə Zəngəzur istiqamətində hücum taktikası keçdiyinin şahidi olduq. Cənab Prezidentin Ermənistandakı Azərbaycanın tarixi torpaqları ilə bağlı verdiyi açıqlamalar, bir növ, diplomatik hücumun nəticəsi idi. Bununla ermənilərə demək istəyirdik ki, əgər Qarabağla bağlı iddialarınızı davam etdirəcəksinizsə, ilk növbədə, Qərbi Zəngəzur (Syünik), daha sonra digər tarixi torpaqlarımızla bağlı rəsmi iddianı ortaya qoyacağıq. Ona görə də, gəlin, bu kimi sevdalardan əl çəkin və gələcəyə baxın”.

Z.Məmmədov əlavə edib ki, bu siyasətin artıq müsbət çalarları görünür:

“Bəli, doğrudan da bu gün hər bir erməni Ermənistan sərhədlərini və ölkəsinin ərazisindəki vəziyyəti düşünməlidir. Onlar Azərbaycan torpaqlarına iddialarından əl çəkməlidirlər. Əks təqdirdə, tezliklə Qərbi Zəngəzur da, sonra isə digər torpaqlar müstəqil Azərbaycan Repsublikasının ərazisinə qatılacaq. Bütün bunlar bir daha göstərir ki, son zamanlar Zəngəzurla bağlı Azərbaycanın apardığı siyasət, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tutduğu prinsipial mövqe yalnız və yalnız ona yönləndirilib ki, mütləq şəkildə bu istiqamətdə öz məqsədlərimizə nail olaq. Vaxt gələcək, təbii ki, Zəngəzura qayıdacağıq. Oraya sülhlə qayıdacağıq, Azərbaycan xalqı üçün tarixi ədaləti bərpa edərək”.

Rafi Müslümov

“Tezliklə Qərbi Zəngəzur da Azərbaycan ərazisinə qatılacaq” – Politoloq