TikTok-a 16 milyon dollarlıq CƏRİMƏbackend

TikTok-a 16 milyon dollarlıq CƏRİMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi elan edib ki, sosial media platforması Tiktok müxtəlif səbəblərə görə, o cümlədən uşaqların məlumatlarından sui-istifadəyə görə 12,7 milyon funt sterlinq (təxminən 15,9 milyon dollar) cərimələnib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, TikTok-dan istifadə edib.

Bildirilib ki, 13 yaşından kiçik uşaqların şəxsi məlumatları valideynlərin razılığı olmadan istifadə edilib: “TikTok platformadan kimin istifadə etdiyinə dair adekvat nəzarət etmədi və 13 yaşından kiçik uşaqların çıxarılması üçün lazımi tədbir görmədi”.

Belə ki, yekun nəticə olaraq Tiktok-a 12,7 milyon funt-sterlinq cərimə tətbiq edilməsi ilə bağlı qərar verilib.