TikTok-da yarışanları “dilənçi” adlandırdıbackend

TikTok-da yarışanları “dilənçi” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor-müğənni Cavidan Novruz TikTok-da canlı yayıma girən və oyunlara qoşulan sənət adamlarını tənqid edib.

İnterpress.az xəbər verir ki, o, bu haqda “Fatehin divanı” proqramında danışıb. Cavidan bildirib ki, TikTok-da oturmağı özünə yaraşdırmır:

“TikTok-da yoxam. Tanınan adam, sima TikTok-da oturub, tamaşaçıdan nəsə dilənməməlidir. Azərbaycanda TikTok bunun üçündür. Tanınmış adam əlçatmaz zirvədir. Bəzən elə hərəkət edirlər ki, deyirsən onu elə uzaqdan tanımaq yaxşıdır. Məni cəlb ediblər, amma demişəm bacarmaram. Oturub saqqız çeynəyə-çeynəyə “filankəs filan şey göndərin” deyə bilmərəm. Bu, biabırçılıqdır”.(axsam.az)