“Time” jurnalı Trampın tənqidindən sonra yeni üz qabığı TƏQDİM ETDİ – FOTObackend

“Time” jurnalı Trampın tənqidindən sonra yeni üz qabığı TƏQDİM ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın tənqidindən sonra “Time” jurnal yeni üz qabığı təqdim edib.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Time jurnalının üz qabığını “bütün dövrlərin ən pisi” adlandırdıqdan sonra redaksiya onu dəyişib.

Tramp əvvəlki variantda saçlarının “yox olduğunu” və başının üstündə “kiçik, üzən tacabənzər bir şeyin” göründüyünü deyərək narazılığını bildirib.

Yeni üz qabığında prezidentin Ağ Evdə, Oval kabinetdə çəkilmiş fotosu yer alıb.

Tramp kameraya düz baxır, əllərini çənəsinin altında birləşdirib. Yazı da dəyişib: “Onun triumfu” əvəzinə indi “Trampın dünyası” yazılıb.

Xuraman Etibarlı

İnterpress.az