Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçiləri istefaya göndərildi, idmançıların maaşı azaldıldıbackend

Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçiləri istefaya göndərildi, idmançıların maaşı azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

İclasda federasiyanın Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katib Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.

Qərara alınıb ki, yeddi kişi cüdoçu ilə Tokio Olimpiadasında təmsil olunan və heç bir medal qazana bilməyən millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilsin. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan qovulub.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının azaldılması barədə qərar verilib.