Tramp: ABŞ-nin F-35 üçün ilk partiya raketləri bu həftə Yaponiyaya çatdırılacaqbackend

Tramp: ABŞ-nin F-35 üçün ilk partiya raketləri bu həftə Yaponiyaya çatdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın F-35 qırıcı təyyarələri üçün ilk Amerika raket partiyası bu həftə Yaponiyaya çatdırılacaq.

İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, amerikalı istehsalçılar Yaponiyanın F-35 qırıcılari üçün nəzərdə tutulmuş ilk partiya raketləri bu həftə Tokyoya təhvil verəcəklər.

Onun sözlərinə görə, bu tədarük Yaponiyanın hava qüvvələrinin müdafiə imkanlarını gücləndirməyə xidmət edir.

Trampın bu bəyanatı ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığının dərinləşdiyi bir dönəmə təsadüf edir.

Rəsmi mənbələrdən gələn əlavə məlumat və xüsusi tədarük cədvəlləri hələ dəqiq açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az