ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorka gedib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tramp bu gün məhkəmə qarşısına çıxacaq.
Manhetten məhkəməsində keçiriləcək iclas zamanı keçmiş porno ulduz Stormi Daniels ilə bağlı etiraz ediləcək.
Yerli vaxtla saat 14:15-də başlayacaq iclasda Trampa qarşı ittihamların təfərrüatları açıqlanacaq.
Qeyd edək ki, 76 yaşlı Tramp ABŞ-da mühakimə olunan ilk keçmiş prezidentdir. Tramp ona qarşı irəli sürülən ittihamları rədd edir.
2024-cü ildə yenidən ABŞ prezidenti seçilmək istəyən Trampla bağlı bütün inkişaflar ölkə daxilində yaxından izlənilir.
ABŞ mediasının məlumatına görə, Tramp biznes sənədlərinin saxtalaşdırılmasına görə ən azı bir ciddi ittihamla üz-üzədir. Hesabatlarda Trampın 2016-cı il seçkiləri zamanı Stormi Danielsə edilən ödənişlə bağlı təxminən 30 ittihamla üzləşəcəyi irəli sürülüb.