Tramp Harrisi dəstəkləyən Svifti hədələyib.
İnterpress.az xəbər verir ki, o, bu barədə sentyabrın 11-də Fox News telekanalında bildirib.
ABŞ prezidentliyinə namizəd Tramp deyib ki, amerikalı pop ulduz Teylor Svift Harrisi dəstəklədiyinə görə “ağır bədəl ödəyəcək”.
Tramp əlavə edib ki, o, heç vaxt Sviftin fanatı olmayıb.Siyasətçi bildirib ki, sənətçi seçimi “zaman məsələsidir”.
Teylor Svift dövlət başçısı vəzifəsinə iki namizəd arasında bugünkü debatdan sonra noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ-nin vitse-prezidenti Harrisi dəstəklədiyini bildirib.
Hazırda onun Instagram hesabına 283 milyon istifadəçi abunə olub.
Xuraman Etibarlı
İnterpress.az