Tramp Kiyevə generallar GÖNDƏRDİ — Danışıqlar BAŞLAYIRbackend

Tramp Kiyevə generallar GÖNDƏRDİ — Danışıqlar BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Kiyevə danışıqlar üçün yüksək rütbəli hərbi nümayəndə heyəti göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” və “Politico” məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə danışıqlar aparmaq üçün Kiyevə xüsusi hərbi nümayəndə heyəti göndərib.

Nümayəndə heyətinə quru qoşunları naziri Dən Driskoll rəhbərlik edir. Onunla birlikdə ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi Rendi Corc və ABŞ-nin Avropadakı qoşunlarının komandanı Kris Donaho da səfərə qatılıb.

Məlumata görə, ABŞ nümayəndə heyəti çərşənbə axşamı Polşada gecə qatarına minib və bu gün Kiyevdə Ukrayna hərbi rəhbərliyi, parlament nümayəndələri və prezident Volodimir Zelenski ilə görüşlər keçirəcək.

Səfərin məqsədi Ukraynanın müdafiə ehtiyaclarını, cəbhə vəziyyətini və ABŞ-Ukrayna təhlükəsizlik əməkdaşlığının gələcək formatını müzakirə etməkdir.

Xuraman Etibarlı

İnterpress.az