Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Həmin qayıq Afrika ölkələrindən qeyri-qanuni mühacirləri daşıyırmış:
“Sfax şəhərindən 35 mil uzaqlıqda batan qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın immiqrant isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir”.
Sfaks sahillərində batan ikinci qayıqda 43 qeyri-qanuni miqrant olub, 36 miqrant xilas edilib, 4 nəfərin cəsədi tapılıb, 3 nəfər isə dənizdə itib.
Qeyd edək ki, hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.