Tunisdə miqrant qayığı batıb: 15 nəfər itkin düşübbackend

Tunisdə miqrant qayığı batıb: 15 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisin cənub sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə xilas edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin cənub bölgəsindəki Sfaks şəhəri yaxınlığında və Kerkana adası yaxınlığında balıq tutan bir qayıqçının batan qayığı tapdığını, 4 miqrantın isə dəniz təhlükəsizlik qrupları tərəfindən xilas edildiyi bildirilib. İtkin düşən 15 immiqrantın axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Qeyd edək ki, Tunisdə 3 ayda 27 mindən çox qanunsuz miqrant saxlanılıb.

Tunis Milli Təhlükəsizlik Qüvvələrindən bildirilib ki, yanvarın 1-dən martın 31-dək Tunis yaxınlığında həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb və əksəriyyəti Saharadan olan 27 mindən çox qanunsuz miqrant tutulub.