Türkiyə İsrailə qarşı sanksiyaların tətbiqini TƏLƏB ETDİbackend

Türkiyə İsrailə qarşı sanksiyaların tətbiqini TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İsrailə qarşı sanksiyaların tətbiqini tələb edib.

Interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin təhlükəsizlik kabinetinin Qəzza zolağının tam nəzarətə götürülməsi ilə bağlı qərarını sərt şəkildə tənqid edib və beynəlxalq ictimaiyyəti bu planın qarşısını almağa çağırıb.

Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, İsrailin bu qərarının əsas məqsədi fələstinlilərin öz torpaqlarından zorla çıxarılmasıdır.

“Beynəlxalq ictimaiyyəti öz öhdəliklərini yerinə yetirməyə və bu qanunsuz qərarın həyata keçirilməsinə imkan verməməyə çağırırıq. BMT Təhlükəsizlik Şurasını isə İsrailin beynəlxalq hüquqa və humanitar dəyərlərə zidd olan addımlarının qarşısını almaq üçün məcburi qətnamələr qəbul etməyə dəvət edirik,” – bəyanatda bildirilir.

Qeyd edək ki, İsrailin son qərarı bölgədə gərginliyi daha da artırıb və bir sıra ölkələrin ciddi narahatlığına səbəb olub.

Xuraman Etibarlı

Interpress.az