Türkiyədə 307 hektar ərazi “risk zonası” elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hatayın Antakya rayonundakı 307 hektarlıq sahə “riskli ərazi” elan edilib.
Hatayın Antakya rayonunun Aşağıekinci məhəlləsi sərhədləri daxilində yerləşən daşınmaz əmlak və Defne mahalının Bostancık məhəlləsi sərhədləri daxilində olan bəzi daşınmaz əmlaklar Ekologiya, Şəhərsalma və İqlim Nazirliyi tərəfindən dərhal sənədləşdiriləcək.