Türkiyədə 500 il yaşı olan tarixi Ceyhan körpüsü “Əsrin fəlakəti” adlandırılan zəlzələlərə tab gətirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, sözügedən körpü Kahramanmaraş-Kayseri yolunun 11-ci kilometrində Kilavuzlu rayonunda yerləşir.
Kahramanmaraşda baş verən zəlzələlərdə şəhərdəki bir çox tarixi yer və məscid dağılsa da, 500 illik tarixi körpü zəlzələdə zərrə qədər ziyan görməyib.