Türkiyədə aliment qaydaları DƏYİŞDİRİLİRbackend

Türkiyədə aliment qaydaları DƏYİŞDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə boşanmadan sonra aliment sistemi dəyişdirilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyədə 13-cü məhkəmə paketi çərçivəsində boşanmadan sonra aliment ödənişləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur.

Layihəyə əsasən, nikah cəmi 6 ay və ya 1 il davam etsə belə, alimentin minimum ödəniş müddəti 5 il ola bilər.

Ödəniş müddətinin nikahın davametmə müddəti nəzərə alınmaqla müəyyənləşdirilməsi təklif edilir.

Aliment alan şəxs işləyə bilmirsə və ya yaşlıdırsa, məhkəmə bu müddəti artıra biləcək.

Aylıq ödənişlərin sonradan birdəfəlik məbləğlə əvəzlənməsi də nəzərdə tutulur.

Həmçinin boşanma prosesinin iki mərhələyə bölünməsi planlaşdırılır. Əvvəlcə nikah pozulacaq, aliment, uşağın qəyyumluğu və əmlak bölgüsü məsələlərinə isə ayrıca baxılacaq.

Artıq təyin edilmiş alimentlər üçün keçid dövrünün tətbiqi nəzərdə tutulur.

Yeni qaydalar qüvvəyə mindikdən sonra mövcud ödənişlər dərhal dayandırılmayacaq.

Xuraman Etibarlı
İnterpress.az