Türkiyədə Azərbaycan və İrandan olan fahişələr saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə NTVTR məlumat yayıb. Bildirilir ki, Qarsda Türkiyə polisi Azərbaycan və İrandan olan fahişələri saxlayıb.
Xüsusi əməliyyat zamanı 6 türk təşkilatçı, o cümlədən 6 fahişə saxlanılıb. Onlardan 5-i Azərbaycan, 1-i isə İran vətəndaşıdır.
Qars Polis İdarəsi əcnəbi qadınların qumarxanada sahibə işlədiyini və eyni zamanda yaxınlıqdakı oteldə fahişəliklə pul qazandığını müəyyən edib.
Axtarış zamanı 6 ədəd rəqəmsal material, 5 ədəd mobil telefon, 20 qutu qaçaq siqaret, 5 butulka qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içki və cinayət yolu ilə əldə edilmiş 61 min 370 lirə ələ keçirilib.
Təşkilatçılar həbs edilib, əcnəbi qadınlar deportasiya olunmaq üçün göndərilib.
Xuraman Etibarlı
İnterpress.az