Türkiyədə daha bir İŞİD əleyhinə əməliyyatda 18 şübhəli saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Terrorla Mübarizə İdarəsi Türkiyənin şimal-qərbindəki Bursa əyalətində İŞİD əleyhinə əməliyyat keçirib. Nəticədə, barələrində həbs qərarı verilmiş 19 şübhəlidən 18-i saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib.
Daha bir şübhəlinin saxlanılması üçün səylər davam edir.
Xuraman Etibarlı
İnterpress.az






