Türkiyədə daha bir parka general Polad Həşimov adı veriləcəkbackend

Türkiyədə daha bir parka general Polad Həşimov adı veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə daha bir parka general Polad Həşimov adı veriləcək.

Bu barədə İnterpress.az xəbər verir.

Məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı olan şəhid generalının adını daşıyacaq yeni park Balıkesirdə yerləşəcək.

Artıq parkın inşası ilə bağlı layihəyə start verilib.

Qeyd edək ki, daha əvvəl Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Xatırladaq ki, P.Həşimov 2020-ci ilin Tovuz döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olub.